Xəzəryanı dövlətlər beşliyindəki ümumi əhval-ruhiyyə yaxın perspektivdə Xəzərin statusu məsələsinin həllinə ümid yaradır”. Modern.az bildirir ki, bu barədə Qazaxıstanın xarici işlər nazirinin müavini Kayrat Sarıbay “Xəzər şelfinin inkişafı" neft-qaz konfransında çıxışı zamanı bildirib.
"Nikbinliklə demək olar ki, Xəzəryanı dövlətlər beşliyindəki ümumi əhval-ruhiyyə, konstruktivizm, yaxınlaşmaya hazırlıq, regionda inteqrasiya prosesinin aktivliyi, yüksək səviyyədə qarşılıqlı müqavilələr - bütün bunlar yaxın perspektivdə Xəzərin statusu məsələsinin həllinə ümid yaradır", - deyə Sarıbay deyib. O qeyd edib ki, Qazaxıstanda "Xəzərin statusu haqqında konvensiyanın Xəzəryanı dövlətlərin əsas əməkdaşlıq sahələrini tənzimləyən baza sənədi hesab edirlər".
"Arzu edirik ki, Xəzər dənizi xalqlarımızı bağlasın, dostluq dənizi olsun", - deyə Sarıbay bildirib.
2007-ci ilin oktyabrında Tehranda Xəzəryanı dövlət başçılarının II Sammitində Bəyannamə imzalanıb və orada dövlət başçıları Xəzərin statusu haqqında konvensiyanın hazırlanmasına ümumi yanaşmanı müəyyən ediblər. Bəyannamədə deyilir ki, Xəzəryanı dövlətlər öz ərazilərindən üçüncü dövlətlərin beşliyin qalan üzvlərinə təcavüz üçün istifadə etməsinə imkanı verməmək öhdəliyi götürürlər.
Xəzərin resurslarının bölünməsinə gəlincə, (karbohidrogenlər, eləcə də balıq ehtiyatları və dənizin akvatoriyası), o, tam həllini tapmayıb. Amma bu məsələdə irəliləyiş var. Bəyannamədə deyilir ki, təkcə sahil dövlətləri dəniz və onun resurslarına sahiblik hüququna mailkdir. Sənəddə deyilir ki, "Xəzərin yeni statusu müəyyən edilənə qədər onun akvatoriyasında gəmiçilik, balıqçılıq və gəmilərin üzməsi yalnız Xəzəryanı ölkələrin bayraqları ilə olmalıdır". Yəni başqa ölkələrin bayraqları ilə iqtisadi fəaliyyət qadağandır.
Su səthindən istifadə, dəniz dibinin bölünməsi, təhlükəsizlik, demilitarizasiya, hərbi gəmilərin hərəkəti və başqa kompleks xarakterli məsələlər hələ həllini tapmayıb.
2010-cu ilin noyabrında Bakıda Xəzəryanı ölkələrin III Sammitində Rusiya, Azərbaycan. Türkmənistan, Qazaxıstan və İran prezidentləri birgə bəyanatlarında Xəzərin statusu haqqında konvensiyanın işlənməsi niyyətlərini ifadə ediblər. Növbəti sammit Moskvada olacaq.
Modern.az