Modern.az

“Kəpəz” meydanı sulamadığı üçün cəzalandı  

“Kəpəz” meydanı sulamadığı üçün cəzalandı   

8 Noyabr 2017, 14:58

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

AFFA-dan Modern.az-a verilən məlumata görə,  “Kəpəz” klubu meydanı sulamadığına görə cərimə olunub.

Belə ki, adı çəkilən klub Topaz Premyer Liqasının XI turunun “Kəpəz” – “Qarabağ” matçında meydanı sulamadığına görə  800 manat cərimə edilib.

Həmçinin “Zirə” – “Neftçi” oyununda qonaq komandanın azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan əsasında “Zirə”nin təqdim edəcəyi hesab “Neftçi” klubu tərəfindən ödənilməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var