Modern.az

Tiflisin “xaç savaşı”: QMİ-ni rədd edən Saakaşvili erməni kilsəsinə status verib

Tiflisin “xaç savaşı”: QMİ-ni rədd edən Saakaşvili erməni kilsəsinə status verib

17 İyun 2011, 13:55

Qareginlə görüş zamanı erməni Apostol Kilsəsinin Gürcüstan Yeparxiyasının hüquqi statusunu müəyyənləşdirmək barədə razılığa gəliblər

Erməni katalikosu Qaregin Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşü zamanı Erməni Apostol Kilsəsinin Gürcüstandakı Yeparxiyasının hüquqi statusunu müəyyənləşdirmək barədə razılığa gəliblər. Modern.az  gürcü KİV-lərinə istinadən bildirir ki, bu barədə Eçmiəzdindəki Erməni Apostol Kilsəsnin informasiya xidmətinin direktoru Vaqarm Melikyan bəyan edib.
Onun sözlərinə görə, Saakaşvili artıq müvafiq orqanlara erməni kilsəsinin statusunun müəyyənləşdirilməsi barədə tapşırıq verib.

“Bu səfəri müsbət sayırıq. Bu görüş bizə Gürcüstanda yaşayan erməniləri və erməni yeparxiyasını narahat edən problemləri prezidentlə müzakirə etməyə imkan verdi. Proses artıq başlanıb və davam edəcək. Əldə edilmiş razılığa görə, problemlər mərhələli şəkildə həll ediləcək. Birinci mərhələ erməni kilsəsinin statusunun həll edilməsidir. Bu artıq razılaşdırılıb”.

Melikyan həmçinin deyib ki, səfər zamanı kilsələrin qaytarılması və dağılmış Allah evlərinin bərpası müzakirə edilib. Saakaşvili bildirib ki, bu istiqamətdə artıq işlər görülür.

Maraqlı mənzərə ortaya çıxır: bir müdət əvvəl Tiflis Gürcüstan Müsəlmanları İdarəsi yaradaraq orada yaşayan azərbaycanlıları Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzarətindən çıxarmağa cəhd edib. Hazırda bu qalmaqal ətrafında müəmmalı süküt hökm sürsə də, Hacı Allahşükür Paşazadə bunun siyasi yük dağışıdğını bəyan edib və yolverilməz sayıb. Belə çıxır ki, rəsmi Tiflis ermənilərin bir mərkəzə - Eçmiəzdinə tabe olmasını qəbul edir, amma bizim soydaşlarımızın QMİ ilə əlaqələrindən narahatdır. Bu bir çox suallar doqurur. Açıq qalan suallara cavab üçün gedən xarici işlər naziri Elmar Məmmədyarovun bu günlərdə Gürcüstana etdiyi rəsmi səfərinin nətcələri ilə bağlı deyəcəklərini gözləmək qalır.

Xaqani SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular