Modern.az

Zellandiyanın baş naziri ilə selfi çəkdirən həmvətənimiz…  

Zellandiyanın baş naziri ilə selfi çəkdirən həmvətənimiz…    

Aktual

8 Noyabr 2017, 17:42

Yeni Zellandiyanın Leyborist partiyasının üzvü, bu ölkədə fəal siyasətlə məşğul olan Tofiq Məmmədov Yeni Zellandiyanın baş naziri Caasinda Ardernlə görüşüb. Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk Modern.az-a verib.

“Eyni zamanda Caasinda Ardern Leyboriostlər Partiyasının sədridir. Tofiq Məmmədov hakim partiyanın fəallarından sayılır. Bu il parlament seçkilərində Yeni Zelandiyanın Leyboristlər Partiyası tərəfindən namizədliyi irəli sürülmüşdü. Tofiq Məmmədov seçkilərdə məğlub olmasına baxmayaraq, partiyada kifayət qədər nüfuza malikdir. Siyasi dairələrlə əlaqələri güclüdür. Bu əlaqələr iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərir. Çünki Tofiq Məmmədov hər zaman Azərbaycanla fəxr edib. Qeyd edim ki, Tofiq Məmmədov seçki prosesində debatlar zamanı yerli əhaliyə özü haqqında, doğulub boya-başa çatdığı Azərbaycanın malik olduğu potensialından, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib”.

22 ildir Yeni Zelandiyada yaşayan T. Məmmədov 1978-ci ildə Bakıda doğulub, 18 saylı orta məktəbdə, daha sonra isə Yeni Zelandiyanın Okland şəhərində yerləşən Mount Roskill beynəlxalq məktəbində orta təhsil alıb, Açıq Politexnik İnstitutunun məzunudur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı