Ötən gün Azərbaycanda qeydə alınmış yol qəzalarında 3 nəfər dünyasını dəyişib.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, noyabrın 8-də respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.