Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Respublikada Əlillərin Bərpa Mərkəzləri: mövcud vəziyyət və yeni tibbi-sosial reabilitasiya istiqamətləri” mövzusunda seminar keçirilib. Seminarda Nazirliyin, Tibbi-sosial ekspert komissiyalarının, Əlillərin Bərpa Mərkəzlərinin və QHT-lərin nümayəndələri iştirak ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, seminarın əsas məqsədi respublikamızda əlillərin tibbi-sosial bərpası sahəsində mövcud vəziyyətin qiymətləndirilməsindən, yeni tibbi-sosial reabilitasiya istiqamətlərinin müəyyən edilməsindən, bu sahədə cəmiyyətdə ümumi rəyin yaradılmasından, təqdim olunan ilkin layihəyə gələcəkdə müvafiq dövlət orqanları və QHT-lər tərəfindən təkliflərin verilməsindən ibarət olub.
Seminarda həmçinin beynəlxalq təcrübəyə uyğun şəkildə müasir reabilitasiya metodlarını tətbiq etməklə nümunəvi və səmərəli bir reabilitasiya mərkəzinin yaradılması üçün tibbi reabilitasiya tədbirləri ilə bərabər sosial reabilitasiyanın həyata keçirilməsi məsələsi də müzakirə edilib.
Modern.az