Modern.az

Abdullah Gül: “Türkiyə Avropa İttifaqına güzəştə getməməlidir”

Abdullah Gül: “Türkiyə Avropa İttifaqına güzəştə getməməlidir”

9 Noyabr 2017, 14:33

Türkiyə Avropa İttifaqına (Aİ) güzəştə getməməlidir. Bunu Türkiyənin keçmiş Prezidenti Abdullah Gül deyib.

 

Təşkilatla danışıqları dayandırmağa çağıran A.Gül qeyd edib ki, ilk növbədə, Ankara Aİ-yə daxil olmaq üçün keçirilməli olan islahatın xalqa nə dərəcədə faydalı olduğuna diqqət yetirməlidir.

Qeyd edək ki, bir müddət əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan Ankaranın deyil, Aİ-nin Türkiyənin təşkilata daxil olması ilə bağlı danışıqları başa çatdırmaq üçün ilk addım atacağını bildirib.

 

Dövlət başçısı deyib ki, ölkənin Aİ-yə daxil edilməməsindən Ankara heç nə itirməyəcək.

 

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı