Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandamız Avro-2019-un seçmə mərhələsində Almaniyanı qəbul edib. Modern.az xəbər verir ki, Samir Ələkbərovun rəhbərlik etdiyi yığmamız bu dəfə də məğlub olub. Futbolçularımız güclü rəqibinə 0:7 hesabı ilə uduzub.
Buna qədər meydana çıxdığı hər 3 oyunda uduzaraq qrup sonuncusu olan millimiz ötən ay almanlarla keçirilən ilk görüşdə 1:6 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Dalğa Arena"da keçirilən oyunu stadiondan izləyənlər arasında əsas millimizin yeni baş məşqçisi Qurban Qurbanov da var idi. O, “Qarabağ”da köməkçisi olan Elçin Rəhmanov və AFFA-nın baş katibi Elxan Məmmədovla matça baxıb.