Rusiyanın İjevsk şəhərində xilasedicilər uçan 9 mərtəbəli yaşayış binasının dağıntıları altında axtarışları davam etdirir. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, dağıntılar altından daha bir nəfərin cəsədi çıxarılıb.
Məlumata görə, həlak olan dördüncü şəxsin cəsədi tapılıb. Ümumilikdə səkkiz nəfər xəsarət alıb, onlardan dördü ölüb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, İjevskdə yaşayış binasının bir hissəsinin birinci mərtəbədən doqquzuncu mərtəbəyə kimi tamamilə uçması nəticəsində 8 mənzil bütünlüklə dağılıb.
İlkin ehtimala görə, dağıntıya məişət qazının partlaması səbəb olub.
20:30
Rusiyada yaşayış binası uçub. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə İjevsk şəhərində qeydə alınıb. 9 mərtəbəli yaşayış binasının bir bloku uçub, ümumilikdə 28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb. Yaşayış binasının bir hissənin uçması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
İlkin versiyaya görə, hadisə qaz sobasının partlaması səbəbindən baş verib.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.
Dağıntılar altında insanlar qaldığından ölənlərin sayının artacağı istisna olunmur.