Modern.az

Gədəbəydə qətl törədilib

Gədəbəydə qətl törədilib

9 Noyabr 2017, 20:57

Gədəbəydə qətl hadisəsi olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində baş verib.

Belə ki, kənd sakini, 45 yaşlı Həsənəliyev İbrahim Nəcəf oğlu həmkəndlisi Süleymanov Rəşad Tapdıq oğlu ilə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. Dava zamanı R. Süleymanov İ. Həsənəliyevi bıçaqla qətlə yetirib.

Onların hansı səbəbdən mübahisə etdikləri məlum deyil.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı