Modern.az

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün . . .

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün . . .

9 Noyabr 2017, 21:27

"Cenevrə görüşü Dağlıq Qarabağ münaqişəsi tərəflərinin yaxşı niyyətlə danışıqlar aparmağa hazır olduqlarına dair mühüm bir siqnal oldu". Modern.az "Trend"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki Missiyasının müvəqqəti işlər vəkili Harri Kamian noyabrın 9-da Vyanada keçirilən ATƏT Daimi Şurasının iclasında səsləndirdiyi bəyanatında deyib.

 

Onun sözlərinə görə, həmsədr ölkə olaraq ABŞ, Minsk qrupunun həmsədrlərinin işinə qərarlı şəkildə dəstəkləyir: "Biz sizin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün tərəflər ilə sıx əlaqədə olmağınızı yüksək qiymətləndiririk".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı