Bakıda köməksiz vəziyyətdə qalmış uşaqlar xilas ediliblər. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, paytaxtın Sabunçu rayonunda 2 azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin ediblər.