Modern.az

"Avropa İttifaqı ölkələri PKK üzvlərinə sığınacaq verir" - Ərdoğan

"Avropa İttifaqı ölkələri PKK üzvlərinə sığınacaq verir" - Ərdoğan

9 Noyabr 2017, 23:16

"Avropa İttifaqı ölkələri PKK üzvlərinə sığınacaq verir. Onların müxtəlif aksiyalar keçirməsinin qarşısını almır. Onlar Berlinin küçələrində yürüşlər təşkil edirlər. Parisin küçələrində, Avstriyada yürüşlər edirlər". Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada yerli özünüidarəetmə orqanlarının rəhbərləri ilə keçirdiyi görüşdə bildirib.   

 

Rəcəb Tayyip Ərdoğan bildirib ki, Avropa İttifaqı guya PKK-nı dəstəkləmir və terror təşkilatı kimi qəbul edir: "Əgər bu belədirsə, nə üçün onlar polisin mühafizəsi altında gəzirlər? Nə üçün separatçı təşkilatın liderinin portretini inzibati binalardan asırlar? Avropa ölkələri özlərini elə göstərirlər ki, guya PKK-ya qarşı mübarizə aparırlar, əslində isə dəstəkləyirlər”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU