Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yeni parlament seçkilərindən sonra özünün ilk xarici səfərini Misirə edəcək. Modern.az “Sabah” qəzetinə istinadən bidirir ki, qəzet baş nazirin seçkilərin nəticələrindən sonra ilk səfərinin ünvünı kimi əvvəl elan etdiyi kimi Azərbaycanı yox, Misiri seçib.
Qəzet yazır ki, Misiri səfəri zamanı Ərdoğan ərəb dünyasına müraciət etməyi planlaşdırır. Bununla da Ərdoğan Türkiyənin bu ölkələrdə demokratik və inqilabi dəyişiklikləri dəstəklədiyini nümayiş etdirmək istəyir. “Sabah” bildirir ki, Ərdoğanın Misirin məşhur Təhrir meydanında çoxminli mitinqdə çıxış edəcəyi də istisna olunmur.
Misirə səfərindən dərhal sonra Ərdoğan Azərbaycana və Şimali Kiprə səfər edəcək.