Modern.az

Jurnalistlərdən yol polislərinə hədiyyə - FOTOLAR  

Jurnalistlərdən yol polislərinə hədiyyə - FOTOLAR  

10 Noyabr 2017, 10:19

Noyabrın 9-da Parlament Jurnalistləri Birliyinin təşkilatçılığı ilə qurumun 20 nəfər üzvü Bayraq günü ilə bağlı Quba, Qusar və Xaçmazda olub.

Modern.az-ın məlumatına görə, jurnalistlər Quba, Qusar və Xaçmazda yerli sakinlərlə görüşərək,  onlara Azərbaycan bayrağı ilə bağlı məlumat veriblər. Səfər zamanı jurnalistlər yerli sakinlərə bayraqlar da hədiyyə ediblər.

Jurnalistlər səfərdən geri qayıdarkən Bakı-Quba yolunda yerləşən Saray postuna gedərək, Dövlət Yol Polisi əməkdaşlarına bayraq həddiyə ediblər.

Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı polis işçilərini Bayraq günü  münasibətilə təbrik edib və peşə fəaliyyətlərinin yerinə yetirilməsində uğurlar arzulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı