ABŞ prezidenti Donald Tramp Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatı (APEC) liderlərinin şərəfinə keçirilən təntənəli qəbulu vaxtından əvvəl tərk edib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, şam yeməyi zamanı Rusiya və ABŞ liderləri ünsiyyətdə olmayıb. Bundan əvvəl fotoşəkil çəkilişi zamanı prezidentlər sadəcə bir-birinin əlini sıxıblar. ABŞ və Rusiya prezidentləri arasında gözlənilən görüş baş tutmayıb.
Qeyd edək ki, Bundan əvvəl liderlər arasında görüş iyulda Hamburqda “G-20” sammiti çərçivəsində baş tutmuşdu.