Modern.az

Saakaşvilinin oğlu Ukraynada saxlanıldı

Saakaşvilinin oğlu Ukraynada saxlanıldı

10 Noyabr 2017, 23:57

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin oğlu saxlanılıb. Modern.az xəbər verir ki, Mixail Saakaşvilinin feysbuk hesabında yazdığı  məlumata görə, oğlu Kiyev aeroportunda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

 

Onun sözlərinə görə, 11 yaşlı oğlu onu mühafizə edən Gürcüstan Təhlükəsizlik Xidmətinin əməkdaşı ilə birgə saxlanılıb.

 

Sabiq qubernator bildirib ki, məsələni araşdırmaq üçün Borispol Hava Limanına gedir.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Mixail Saakaşvili Ukraynada leqal yaşamaq üçün rəsmi sənəd almışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU