Modern.az

Masazırda yanğın - 1 nəfər öldü

Masazırda yanğın - 1 nəfər öldü

11 Noyabr 2017, 09:16

Abşeron rayonunda yanğın baş verib.

 

Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

 

Rayonun Masazır qəsəbəsində ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

 

Yanğının kəşfiyyatı zamanı 1980-cı il təvəllüdlü Əliyev Əlivəndər Rasim oğlunun yanmış cəsədi aşkarlanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı