Modern.az

DİN yanğınla bağlı məlumat yaydı - polis mayoru tüstüdən zəhərlənib

DİN yanğınla bağlı məlumat yaydı - polis mayoru tüstüdən zəhərlənib

Aktual

11 Noyabr 2017, 13:21

Daxili İşlər Nazirliyi (DİN) ötən gün Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, noyabrın 10-da saat 21.55 radələrində Binəqədi rayonunun F.Məlikov küçəsindəki binalardan birinin girişindəki elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib. Nəticədə 24 metr kabel yanıb.

 

FHN-in Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyyə olunub, tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Binəqədi RPİ 5-ci PB-nin sahə rəisi, polis mayoru Gülaga Seyidov isə DİN-in Hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?