Modern.az

“Qarabağ” – “Çelsi” matçına 50 mindən çox bilet satılıb

“Qarabağ” – “Çelsi” matçına 50 mindən çox bilet satılıb

11 Noyabr 2017, 16:36

Çempionlar Liqasının V turunda baş tutacaq “Qarabağ” – “Çelsi” matçının bilet satışları davam edir.

 

“Qarabağ” klubundan Modern.az-a verilən  məlumata görə, biletlərin çoxu satılıb.

 

Belə ki, artıq 50 mindən çox biletin öz sahibini tapdığı bildirilib. Matç saatına qədər bütün biletlərin satılması gözlənilir.

 

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” görüşü noyabrın 22-də 68 min 700 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

Satış məntəqələri:

 

“Gənclik mall” və “28 mall”

“Park Bulvar” (Qarabağ FK Fan-şop)

M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti

Heydər Əliyev Sarayının kassası

Asan Xidmət mərkəzləri

Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç. 69x (Hökumət evinin arxası)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı