Modern.az

Qazaxda benzin daşıyan \"Mercedes\" yandı

Qazaxda benzin daşıyan \

11 Noyabr 2017, 18:58

Qazaxda benzin daşıyan "Mercedes" markalı yük maşınında yanğın olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Yanğın maşının təkərində başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və təcili yardım xidməti cəlb olunub.

 

Məlumata görə, yanğının qarşısı alınıb. Nəticədə maşına ziyan dəyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı