Livanda hərbçilərin karvanına hücum olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Baalbek şəhərində qeydə alınıb. Hücum nəticəsində bir hərbçi həlak olub, 5-i isə yaralanıb.
Hazırda təhlükəsizlik qüvvələri hücum edən şəxslərin saxlanılması üçün əməliyyatı davam etdirir.