Modern.az

Göyçayda sərxoş sürücü qəza törətdi

Göyçayda sərxoş sürücü qəza törətdi

11 Noyabr 2017, 21:12

Göyçay rayonunda ağır yol qəza hadisəsi baş verib. Modern.az "Trend"ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin mərkəzi hissəsində baş verib. Göyçay rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov İlyas Mirzəli oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili idarə edərkən idarəetməni itirib və yolun kənarındakı dirəyə çırpılıb.

 

Hadisə nəticəsində sürücü və onun sərnişini, 1984-cü il təvəllüdlü Qasımov Elvin Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

İlkin araşdırma zamanı məlum olub ki, yol qəzası törədən sürücü sərxoş olub. Belə ki, qəzadan sonra Göyçay rayon Mərkəzi Xəstəxanasına gətirilən yaralı sürücü, Məmmədov İlyas Mirzəli oğlu müayinə edilərkən onun sərxoş olduğu aşkarlanıb.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı