Modern.az

Rusiyada tanınmış teleaparıcı intihar edibmiş  - Yenilənib

Rusiyada tanınmış teleaparıcı intihar edibmiş  - Yenilənib

11 Noyabr 2017, 21:41

Rusiyanın tanınmış teleaparıcısı Boris Notkinin ölümü ilə bağlı yeni versiya ortaya çıxıb. Modern.az "Ria Novosti"yə istinadən xəbər verir ki, teleaparıcı evində ölmüş vəziyyətdə tapılıb.

Məlumata görə, teleaparıcı başından silahla vurulub. Onun meyitini həyat yoldaşı tapıb. Məlumatda həmçinin Boris Notkinin meyitinin yanından silah tapıldığı və onun ağır xəstə olduğu da bildirilir.

SSRİ-nin və Rusiyanın tanınmış teleaparıcısının bu il 75 yaşı tamam olub.

 

21:26

 

Rusiyada tanınmış teleaparıcı qətlə yetirilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, SSRİ-nin və Rusiyanın tanınmış teleaparıcısı Boris Notkin evində ölmüş vəziyyətdə tapılıb.

Araşdırma zamanı onun odlu silahla qətlə yetirildiyi məlum olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı