Braziliyanın 34 həbsxanasında qiyam başlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qiyam son 2 gün ərzində davam edir.
Məlumata görə, bir çox həbsxanada qiyamın qarşısını almaq mümkün olub. Ən ciddi qiyam Parana ştatında olan həbsxanada baş verib. Burada qiyamın qarşısı alınarkən 2 məhbus həlak olub.
Qeyd edək ki, 2017-ci ildə Braziliyanın bir sıra həbsxanasında qiyamlar baş verib.