Daha iki komanda Dünya çempionatı – 2018-ə vəsiqə qazanıb. Modern.az xəbər verir ki, bunlar Tunis və Mərakeş yığmalarıdır. Tunis millisi Afrika qitəsi üzrə keçirilən təsnifat mərhələsinin 6-cı turunda Liviya ilə heç-heçə edib və "A" qrupunun turnir cədvəlində Konqo Demokratik Respublikası üçün əlçatmaz olub.
Rades şəhərində keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.
Mərakeş yığması isə "C" qrupunda Fildişi Sahilinə qalib gəlib. Abicanda baş tutan matç 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.