Modern.az

Elmar Vəliyev Gəncədə qala tikdirir

Elmar Vəliyev Gəncədə qala tikdirir

19 İyun 2011, 16:47


Bakı – Gəncə yolunun 358 kilometrliyində respubikada görnüş baxımı ilə digər qalalardan seçiləcək Gəncə qalalarının tikintisinə start verilib. 1 hektardan artıq ərazini əhatə edəcək simvolik tikilinin bu ilin sonunadək tamamlanması nəzərdə tutulur. Tikili barədə danışan iş icraçısı Anar Məmmədov bildrib ki, 2 hissədən ibarət olacaq qala divarlarının hər birinin uzunluğu 50 metr, eni 8 metr, bünövrədən hündürlüyü 27, torpaq üzərindən isə 20 metr hündürlükdə olacaq.
Artıq qalanın bünövrəsində betontökmə işləri yekunlaşıb. Onun sözlərinə görə, əzəmətli qala görkəmini özündə əks etdirəcək tikili 2 qala başlığı, 1 qapı və 3 iri pəncərələri ilə Gəncə istiqamətinə gələnləri heyrətləndirəcək.  Qalanın üz fasadına gəlincə iş icraçısı üzlüyün qədimliyi əks etdirən daşlarla bəzədiləcəyini söyləyib. İki tərəfli yolun sağ və sol hissəsində üç bucaq şəkilində qalaətrafı nəzədrə tutulan ərazidə yaşıllaşdırma işləri aparılacaq.
Simvolik qala Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təşəbbüsü ilə tikilir.

 

Xaliq Qurbanov
Gəncə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular