Müxalifət qüvvələrinin təmsil olunduğu İctimai Palata saat 17.00-dan 19.00-dək metronun «Nərimanov» stansiyasının çıxışındakı eyniadlı kinoteatrının qarşısına icazəsiz mitinq təyin edib.
Mitinq öncəsi polis «Nərimanov» kinoteatrının qarşısını və ətraf ərazini nəzarətə götürüb.
Mitinq öncəsi polis «Nərimanov» kinoteatrının qarşısını və ətraf ərazini nəzarətə götürüb
”Azadlıq” radisosunun məlumatında müsavatçı fəalların metronun «Gənclik» stansiyası yaxınlığında 5 dəqiqəlik aksiya keçirdikləri bildirilir. Aksiya iştirakçılarından biri – müsavatçı fəal Ramin Baxışov saxlanıb.
Saat 17.00-da «Nərimanov» kinoteatrının qarşısında bir qrup «Azadlıq», «İstefa» şüarı səsləndirməyə başlayıb.
Artıq onlardan 5 nəfər saxlanıb. Onlardan üçü Müsavat Partiyasının qadın təşkilatının üzvləridir. Həmin qadınlar polis maşınına oturdulub ərazidən uzaqlaşdırılıb.
Modern.az