"İran ilə Avropa ölkələrinin münasibətlərinin qədim tarixi var. Avropa İttifaqının Tehranda ofisinin açılması məsələsi İran Xarici İşlər Nazirliyinin gündəmindədir". Modern.az İran mediasına istinadən xəbər verir ki, bu sözləri İranın birinci vitse-prezidenti İshaq Cahangiri bu gün keçirdiyi mətbuat konfransında bildirib.
İranın birinci vitse-prezidenti qeyd edib ki, İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar aradan qaldırıldıqdan sonra münasibətlərin inkişafında intensivlik müşahidə olunur: "Tərəflər siyasi və iqtisadi əlaqələri davam etdirmək niyyətindədirlər. Avropa şirkətləri İrana sərmayə yatırmağa hazırdırlar. Münasibətlər yüksələn xətlə inkişaf edir. Bütün bunlar Avropa İttifaqının Tehranda ofisinin açılmasını zərurətə çevirib”.