2018-ci ildə keçiriləcək Dünya çempionatında iştirak edəcək daha bir komandanın adı məlum olub. Modern.az xəbər verir ki, bu dəfə vəsiqə uğrunda İsveçrə və Şimali İrlandiya komandaları üz-üzə gəlib. İsveçrə iki "play-off" matçının yekununda Şimali İrlandiyaya qalib gəlib.
Qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb. Birinci görüşdə isveçrəlilər 1:0 hesabı ilə qalib gəldiyindən Rusiyaya yollanmaq şansı əldə ediblər.