İran-İraq sərhədində qeydə alınan 7,3 bal gücündə zəlzələ İranda da təşvişə səbəb olub. Modern.az xəbər verir ki, İranın Kirmanşah şəhərində baş verən zəlzələnin böyük dağıntılara səbəb olduğu barədə məlumat yayılıb. Sosial şəbəkə istifadəçiləri dağıntıya aid fotolar paylaşıblar. Hazırda Təbriz sakinləri də küçələrdə təşviş içərisində gözləyir.
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi İran-İraq sərhədində baş verən zəlzələ ilə bağlı məlumat yayıb.Məlumata görə, zəlzələ Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında hiss olunub.