ABŞ-da növbəti dəfə silahlı insident olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə İndiana ştatının Qeri şəhərində qeydə alınıb.
Məlumata görə, gecə klubunda baş verən atışma nəticəsində 4 kişi və 3 qadın yaralanıb.
Məlumatına görə, yaralılar xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs saxlanılıb.