Modern.az

İctimai Palatanın aksiya cədləri bitdi: İsa Qəmbərin oğlu və digərləri tutulub

İctimai Palatanın aksiya cədləri bitdi: İsa Qəmbərin oğlu və digərləri tutulub

19 İyun 2011, 19:38


Modern.az
saytı xəbər verir ki, İctimai Palata iyunun 19-da Bakı şəhərinin müxtəlif yerlərində ayrı-ayrı kiçik qruplar halında icazəsiz aksiyalar keçirməyə cəhd göstərib. Polis onların əksəriyyətinin qarşısını alıb.

İctimai Palatanın tərəfdarları iki saat ərzində metronun «Gənclik», «İnşaatçılar», «Elmlər akademiyası», «Neftçilər» stansiyaları, «Nərimanov » kinoteatrı, Kukla Teatrı və Ayna Sultanovanın heykəli qarşısında kiçik qruplarla aksiyalara cəhd göstəriblər. “Azadlıq” radiosunun məlumatına görə, bu aksiyalar ya 3-5 dəqiqə davam edib, ya da polis ani olaraq onların qarşısını alaraq genişlənməsinə imkan verməyib. Nəticədə  əvvəlcədən elan edildiyinin əksinə olaraq «Nərimanov» kinoteatrının qarşısında toplaşıb mitinq keçirilməsi baş verməyib.
 
İctimai Palata bildirib ki, iyunun 19-da keçirilən aksiyada onlarla fəal saxlanılıb. Onların arasında İctimai Palatanın Qadınlar Şurasının sədri Gözəl Bayramlı və keçmiş deputatlığa namizəd Yeganə Əmiraslanova, Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər, AXCP fəalları Seymur Həziyev, Asəf Quliyev və digərləri olub.

Amma saxlanılanlardan bəziləri sonradan sərbəst buraxılıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular