Modern.az

Bakı polisi: "İctimai Palatanın aksiyasında 23 nəfər saxlanılıb"

Bakı polisi: "İctimai Palatanın aksiyasında 23 nəfər saxlanılıb"

19 İyun 2011, 21:58

“Özünü İctimai Palata adlandıran quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyalarının üzvləri iyunun 19-da paytaxtın müxtəlif yerlərində toplantıların təşkili və keçirilməsi qaydasını və ictimai asayişi pozan hərəkətlərə yol vermişlər”.   

Modern.az-ın məlumatına görə, bu bardədə Bakı şəhər Baş Polis İdarəsinin və Prokurorluğunun birgə məlumatında bildirilib.

”Əksəriyyəti Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının üzvləri olan bu qanunsuz aksiyanın iştirakçıları saat 17.00-dan başlayaraq ayrı-ayrı kiçik qruplarla əhalinin dinjliyini, hüquq və azadlıqlarını, şəhər nəqliyyatının normal fəaliyyətini pozmuş, onları hüquq qaydasına riayət etməyə dəvət edən polis əməkdaşlarına müqavimət göstərmiş, xırda xuliqanlıq əməlləri  törətmişlər”-deyə məlumatda qeyd edilib.

Bakı şəhər Baş Polis İdarəsinin və Prokurorluğu bəyan edib ki, görülmüş tədbirlərlə ümumi sayı 80 nəfərədək olan aksiya iştirakçılarından toplantıların keçirilməsi qaydasını pozmuş, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama və xırda xuliqanlıq xətaları törətmiş 23 nəfəri saxlanılıb. Onların əməlləri qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün sənədləşdirilərək 10 nəfər barədə toplanmış materiallar aidiyyəti məhkəmələrə göndərilib, daha 13 nəfər haqda ərazi polis orqanlarında müvafiq qərarlar qəbul edilib. 

         

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular