Modern.az

Bahar Muradova: “33 rayon və şəhərin özünü maliyyələşdirməsi ən böyük nailiyyətdir”

Bahar Muradova: “33 rayon və şəhərin özünü maliyyələşdirməsi ən böyük nailiyyətdir”

13 Noyabr 2017, 11:32

“33 rayon və şəhər büdcəsinin formalaşmasını öz gəlirləri hesabına həyata keçirir. Bu əldə olunmuş ən böyük nailiyyətlərdəndir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı parlamentin vitse-spikeri, Insan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.

 

O bildirib ki, Bakı-Tbilisi-Qars layihəsinin istismara verilməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var.

 

“Həmçinin bu layihəni ölkəmizin beynəlxalq aləmdə siyasi mövqeyinin möhkəmlənməsi kimi qiymətləndirirəm. Büdcə zərfində gəlirlərin və xərclərinin 2017-ci illə müqayisədə artırılması da çox mühüm məqamlardandır. Bunu xüsusilə vurğulamaq istərdim”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı