İyunun 19-da İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevə telefonla zəng edib. Modern.az xəbər verir ki, Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti zamanı ikitərəfli əlaqələr, regional təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.İyunun 19-da İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevə telefonla zəng edib. Modern.az xəbər verir ki, Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti zamanı ikitərəfli əlaqələr, regional təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İyunun 25-26-da İranın paytaxtı Tehranda dünyanın 60 ölkəsinin yüksək rütbəli rəsmilərin iştirakı ilə terrorizmə qarşı mübarizə üzrə beynəlxalq konfrans keçiriləcək. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin bir neçə gün öncə yaydığı məlumatda bildirilib ki, prezident Mahmud Əhmədinejadın sədrliyi ilə keçiriləcək konfransda beynəlxalq aləmdə terrorçuluq əməllərinə qarşı mübarizə məsələləri müzakirə olunacaq. İran prezidenti Əhmədinejad Azərbaycan prezidenti İlham Əliyevi də həmin konfransa dəvət edib.
Modern.az