Modern.az

İslami maliyyə Türkiyədə Ərdoğanın səyilə inkişaf sahəsi tapıb

İslami maliyyə Türkiyədə Ərdoğanın səyilə inkişaf sahəsi tapıb

13 Noyabr 2017, 12:58

 

Bir müddət öncə İstanbulda Kozyatağı Hilton Oteldə Beynəlxalq İslam İqtisadi, Maliyyə və Etikası Konqresi keçirilib.

ISEFE Konqresi, TÜRGEV, KADEK, MÜSİAD, Borsa İstanbul, Al Baraka Turk, EMERALD, Cambridge Scholars və Bandırma 17 Eylul Universiteti əməkdaşlığı  ilə keçirilən Konqresin açılışında TÜRGEV ​​Başçısı Av.Arzu Akalın, Prezidentin baş müşaviri Av.Özlem Zəngin və AK Partiya Başçı Köməkçisi Rövzeyi Kavakçı Qan Xanımlar iştirakçıları salamlayıb.

Bildirilib ki, qlobal maliyyə sisteminin içərisində getdikcə daha çox özünə yer tapmağa başlayan İslami Maliyyə Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın səyləri ilə inkişaf sahəsi tapa bilib.  

Son illərdə sayları durmadan artan iştirak bankları yanında, dövlət banklarının da iştirak bankçılığı sahəsində fəaliyyət göstərməyə başlaması bunun ən əhəmiyyətli göstəricisidir.

Dünyada İngiltərə və Malayziyanın ən çox bazar payına sahib olduğu İslami maliyyə mövzusunda Türkiyə əhəmiyyətli inkişaflar qət edib.

Bu  baxımından akademiya, banklar və əlaqədar digər təşkilatların birlikdə hərəkət etmələri və ortaq işlər ortaya qoymaları bu sahədə güclü bir sinerjinin ortaya çıxmasına səbəb olmuş və olmaqdadır.

ISEFE Konqresi müddətində təşkil ediləcək panellərdə qlobal İslami maliyyə sistem içində Türkiyənin yeri və inkişafı üzərinə təkliflər, halal qida istehsalı, istehlakı və satışa çıxarılması kimi alt başlıqlarda sahəsində Türkiyədən və xaricdən gələn mütəxəssis və alimlərin təqdimatları baş tutub.

 

Təhsil, siyasət, media kimi fərqli sahələrdə cəmiyyətdə liderlik edən xanımların öz sahələri mövzusunda qadın məşğulluğu üzərindəki debatları olduqca maraq doğurub.

 

Bu düşüncə ilə təşkil edilən ISEFE Konqresinə İslam iqtisadiyyatı, İslami maliyyə, iştirak bankçılığın və İslam etika kimi mövzularda çıxış etmələri üçün Türkiyə ilə yanaşı dünyanın bir çox ölkəsindən alimlər iştirak edib.

 

Konqresdə elm insanları tərəfindən təqdim ediləcək olan bildirişlər kitab şəklində çap ediləcək. Başda universitetlər olmaqla, islami maliyyə təşkilatları, xüsusi sektor təşkilatları, qeyri-hökumət təşkilatları kimi fərqli ictimai kəsim nümayəndələrinin istifadəsinə təqdim olunacaq. Bununla yanaşı, seçilmiş əsərlərin Cambridge Scholars və Emerald kimi hörmətli beynəlxalq nəşriyyat və jurnallarda nəşr olunması planlaşdırılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı