Modern.az

Ümumrespublika kampaniyası İsmayıllıya da çatıb (FOTOLAR)

Ümumrespublika kampaniyası İsmayıllıya da çatıb (FOTOLAR)

20 İyun 2011, 10:10

“VƏTƏNİ TANI” Ümumrespublika  Kampaniyası bu dəfə İsmayıllı gəncləri arasında keçirilib. İsmayıllı şəhər 2 saylı məktəbdə baş tutan kampaniyanın açılış mərasimində İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon təhsil, Gənclər və İdman idarələrinin əməkdaşları iştirak ediblər. Gənclər Təşkilatları Milli Şuranısın İdarə heyətinin üzvü Heydər Atayevin rəhbərlik etdiyi işçi qrupu kampaniyanı həyata keçiriblər. 150 məktəblinin iştirakı ilə keçirilən kampaniyada iki istiqamət üzrə Azərbaycanın inzibati ərazi vahidləri tanınıb. Həm www.miras.az saytında həm də əvvəlcədən hazırlanmış puzzle formasında Azərbaycan xəritəsi gənclər tərəfindən toplanılıb.

Bu kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları  nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.






Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular