Rusiyanın Türkiyədəki səfirliyi keçmiş milyarder, iş adamı Telam İsmayılovla bağlı heç bir məlumatının olmadığını açıqlayıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Ankaradakı rus səfirliyinin press-ataşşesi İrina Kasumova deyib.
“Səfirlik bununla bağlı konkret informasiyaya malik deyil”.
Bundan öncə, bəzi rus KİV-ləri İsmayılovun məhz Türkiyədə olduğunu yazmışdı. Azərbaycan əsilli milyarder Rusiya Baş Prokurorluğu tərəfindən 2 nəfərin qətlini sifariş verməkdə ittiham olunur.