Fəlsətin Azadliq Təşkilatının beynəlxalq münasibətlər üzrə koordinatoru Nabil Şaartxın rəhbərliyi ilə bir qrup “Fəth” rəsmisi Ermənistana gəlib. Modern.az xəbər verir ki, bu barədə MAAN Fələstin İnformasiya Agentliyi məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, Nabil erməni rəhbərliyi və siyasi partiyaları ilə görüşlər keçirəcək. Bu görüşlərdə məqsəd müstəqil Fələstin dövlətinin elan edilməsində erməni dövlətinin dəstəyini almaqdır. Bu ilin sentyabr ayında Fələstin müstəqilliyini elan etmək üçün BMT-yə müraciət edəcək.
Fələstin nümayəndə heyəti həmçinin Moldovaya, Fillipinə, Meksikaya və Kolumbiyaya səfəri planlaşdırır.