Modern.az

İranda zəlzələ qurbanlarının sayı 445-i keçdi - Yenilənib

İranda zəlzələ qurbanlarının sayı 445-i keçdi - Yenilənib

13 Noyabr 2017, 21:58

İranda baş vermiş zəlzələ nəticəsində ölənlərin 445 nəfərə çatıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yaralıların sayı 7 100-ə yaxındır.

 

Qeyd edək ki,  noyabrın 12-də  İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.

 

18:35

 

Son məlumata görə, İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 407-ə çatıb.

 

Modern.az-ın məlumatına görə, bu rəqəm İranın yerli mediası tərəfindən səsləndirlib. Yaralıların sayı isə təxminən 6700 qeyd olunur.

 

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU