Modern.az

Rusiya iş adamları Bakıda toplaşır

Rusiya iş adamları Bakıda toplaşır

13 Noyabr 2017, 20:16

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində noyabrın 16-da Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək. AZPROMO-dan Modern.az-a verilən məlumata görə, tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan-Rusiya İşgüzar Şurasının birgə təşkilatçılığı ilə baş tutacaq.

 

İşgüzar görüşdə sənayenin müxtəlif sahələrini təmsil edən Rusiya şirkətləri iştirak edəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər