“Suriya, Rusiya və Türkiyə arasında mövcud olan regional problemlərdən biridir. Rusiya ilə Türkiyə arasındakı qarşılıqlı əlaqə Suriyada sabitlik və təhlükəsizliyin təminatı üçün lazımdır. Rusiya və Türkiyə Suriya münaqişəsinin siyasi həll yolunu axtarır”. Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Mövlud Çavuşoğlu qeyd edib ki, hazırda Rusiya və Türkiyə dövlət başçıları bu problemin həlli istiqamətdə çalışırlar.
Qeyd edək ki, Soçi şəhərində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da həmin görüşdə iştirak edir.