Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları Gürcüstan-Azərbaycan sərhədində yerləşən "Qırmızı körpü" nəqliyyat-buraxılış məntəqəsi ərazisində narkotik maddənin əldə olunması, saxlanılması və ölkəyə gətirilməsi ittihamı üzrə 33 yaşlı qadını saxlayıblar.
Modern.az "Report"a istinadən xəbər verir ki, qadının üzərinə baxış zamanı 23 qram heroin götürülüb. Həmçinin, tərkibində 1,8 qram preqabalin olan 6 kapsul "lirika" narkotiki, həmçinin tərkibində təqribən 0,04 qram metadon duzu olan bir ədəd "metadon" həbi daxil olmaqla 61 qramdan artıq narkotik maddə aşkar edilərək götürülüb.