Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən təkbətək görüş yekunlaşıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, liderlər arasında görüş 3 saata yaxın davam edib. Görüşdən sonra liderlərin iştirakı ilə mətbuat konfrası keçirilib.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, ikitərəfli əlaqələrin daha da gücləndirilməsi ilə bağlı razılıq əldə olunub: “Vladimir Putinlə 6-cı görüşümüz baş tutdu. Siyasi dialoqumuzla yanaşı, iqtisadi əlaqələrimiz də yüksəliş dövrünü keçirir. Martda səfərim zamanı kənd təsərrüfatı məhsullarının Rusiyaya daxil olmasına icazə verilməsi və vətəndaşlarımızın iş icazəsi ilə bağlı Putin bizə müjdə vermişdi. Bu müddət ərzində iqtisadi sahədə olan maneələrin aradan qaldırılması üçün fəaliyyətimizə davam etdik. Viza rejiminin əvvəlki qaydada sadələşdirilməsi xüsusi önəm kəsb edir. Yaxın həftələrdə “Akkuyu” Atom Elektrik Stansiyasının təməlqoyma mərasimini keçirmək niyyətindəyik. Bu mərasimdə cənab Putin ilə birlikdə iştirak etmək istəyirik".
Türkiyə prezidenti bildirib ki, Suriya böhranı ilə bağlı tərəflər siyasi həll prosesinə yaxın bir nöqtəyə çatmağı bacarıb.
Vladimir Putin isə bildirinb ki, Rusiya-Türkiyə əlaqələrin böhrandan əvvəlki səviyyəyə çatdığını qeyd edib: “Mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə etdik. Energetika sahəsində əməkdaşlığımıza yenidən nəzər saldıq. Hər şeydən öncə Türk Axınından bəhs etməyimiz lazımdır. Bundan əlavə, Akkuyu nüvə stansiyasının inşası ilə bağlı hər an inşaat işlərinə başlaya bilərik. Suriya böhranının həlli üçün tərəflər arasında dialoq mühiti formalaşdırılır".