Suriyanın Hələb şəhərinə aviazərbələr endirilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Ətarib mahalında bazar ərazisinə endirilən aviazərbələr nəticəsində 43 nəfər həlak olub. Hava zərbələri nəticəsində daha 50 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar arasında ağır vəziyyətdə olanlar olduğundan ölü sayının artacağı istisna edilmir.
Qeyd edək ki, müxaliflərin nəzarətində olan Ətarib ərazisi təhlükəsiz bölgə edilən İdlib vilayətinin tərkibində yerləşir.