Modern.az

60 dövlət qurumu və 15 bələdiyyənin internet saytının reytinq cədvəli hazırlanıb

60 dövlət qurumu və 15 bələdiyyənin internet saytının reytinq cədvəli hazırlanıb

20 İyun 2011, 12:01

Multimedia İnformasiya Sistemləri  və Texnologiyaları Mərkəzi tərəfindən ictimai əhəmiyyətli informasiyaların internet resurslar vasitəsilə yayılması  sahəsində mövcud  vəziyyət  və problemlər araşdırılıb, dövlət  qurumlarının və bələdiyyələrin  internet  resurslarının monitorinqi aparılıb.

Mərkəzin keçirəcəyi dəyirmi masada 60 dövlət qurumunun və 15 bələdiyyənin rəsmi internet resurslarının cari il ərzində həyata keçirilən informasiya açıqlığı üzrə monitorinqinin nəticələri açıqlanacaq. Həmçinin Dövlət  qurumlarının və bələdiyyələrin  informasiya açıqlığı üzrə Reytinq Cədvəli  təqdim olunacaq.

Monitorinq İnformasiya azadlığı sahəsində mövcud qanunvericilik və beynəlxalq normalar nəzərə alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan Metodika əsasında gerçəkləşdirilib.

Adı çəkilən Monitorinq və dövlət orqanlarının informasiya açıqlığı üzrə Reytinq Cədvəli 2006-cı ildən başlayaq Multimedia Mərkəzi tərəfindən müntəzəm olaraq həyata keçirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular