Modern.az

DAK gənclər təşkilatının sədri istefa verib

DAK gənclər təşkilatının sədri istefa verib

20 İyun 2011, 14:50

İki ildir Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının sədri olan Seymur Həsənli tutduğu vəzifədən istefa verib. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə Seymur Həsənli istefasının səbəbini bir neçə məqamla əlaqələndirib.

“Bir neçə ildir ki, DAK-ın iki yerə parçalanması. Öz şəxsi maraqlarını milli maraqlardan üstün tutanlar, dünya azərbaycanlılarının təşkilatlanması, onların diaspor siyasətinin səmərəli həyata keçirilməsini təmin etmək əvəzinə fəaliyyətlərini bir-biriləri ilə qarşıdurmaya sərf etmişlər. Bu kimi hallar ictimaiyyət arasında ümumi təşkilat ətrafında mənfi fikirlərin yaranmasına yol açmışdır. Bir təşkilat ətrafında birləşə bilməyən şəxslərin milləti, vətəni birləşdirəcəyinə inamsızlıq formalaşmışdır.

DAK-ın Paşa Qəlbinur və Əhməd Obalı qanadının (fəxri sədr Qulamrza Səbri Təbrizi) təşkilatın sonuncu qurultayından (dekabr, London) sonra fəaliyyətsiz duruma düşməsi. Beş ay müddətində təşkilatın idarə heyətinin toplana bilməməsi, öncə verilən qərarların icra olunmaması. Təşkilatın daxilində onun qapadılması ilə bağlı fikirlərin səsləndirilməsi, təşkilatın fəaliyyətinə olan inamsızlıq.

DAK-ın Azərbaycandakı ofisi İstiqlaliyyət 8 ünvanında təşkilata və xüsusilə də gənclər qurumuna məxsus üzvlük anketlərinin icazəsiz və qanunsuz olaraq ofis rəhbərliyi tərəfindən siyahılaşdırılması. Şəxsiyyət vəsiqələrinin kodları da daxil olmaqla siyahının təqdim ediləcəyi dövlət rəsmisinin heç bir siyahı istəməməsinin məlum olması və məsələ ətrafında yaranmış problemlər. (Baxmayaraq ki, yalnız gənclər qurumuna daxil olan üzvlərin siyahılaşdırılmasının qarşısı alınmışdır.)

DAK İdarə Heyətinin Gənclər Təşkilatı ilə bağlı qəbul etdiyi qərarların sadəcə söz olaraq qalması. Gənclərin fəaliyyətinə və həyata keçirdiyi bütün işlərə biganəliyin hökm sürməsi”.

Bütün bunları əsas gətirən Seymur Həsənli DAK-ın Gənclər Təşkilatının sədrliyində qalmaq istəmədiyini bəyan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal