Modern.az

“Bakinternet” istifadəçiləri bu gecə internetsiz qalacaq

“Bakinternet” istifadəçiləri bu gecə internetsiz qalacaq

Aktual

14 Noyabr 2017, 22:16

Bu gecə internet təminatında fasilələr yarana bilər. Modern.az "Bakı Telefon Rabitəsi" MMC-yə istinadən xəbər verir ki, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə "Bakinternet"in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

 

Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

 

MMC yarana biləcək kəsintilərə görə üzr istəyir, profilaktik tədbirlərin nəzərə alınmasını xahiş edir.

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil