Modern.az

Dünyanın 5 qitəsində danışılan dil - Türk Dili Qurultayı

Dünyanın 5 qitəsində danışılan dil - Türk Dili Qurultayı

15 Noyabr 2017, 12:56

Ankarada 3 gün davam edən “Türk dilində danışan Ölkələrin Qurultayı” öz işini bu gün  yekunlaşdıracaq. Türkiyə Cümhuriyyəti Mədəniyyət və Türizm Nazirliyinin, TİKA-nın dəstəyi  ilə Yeni Türkiyə Strateji Araşdırma Mrkəzinin keçirdiyi  Qurultayda  dünyanın 4 qitəsindəki 40 ölkədən 320 alim, professor və bilik adamları dəvət olunub. 

Tədbirə dəvət olunan qonaqları Türkiyənin baş nazirinin yardımçısı Fikri İşık,  Atatürk Mədəniyyət, Dil və Tarix Qurumunun rəhbəri professor Dərya Örs, Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin rəhbəri Həsən Celal Güzel salamlayıb. Türkiyənin Baş nazirinin yardımçısı Fikri İşık qurultay iştırakçılarına  türk dünyasının tanınmış alimi və dilçisi İsmayıl bəy Qaspralının “İşdə, dildə, əməldə birlik”  fikrini misal çəkərək, Qurultayın qayəsini anladıb.

Ankaradakı Şeraton otelində başlayan qurultayın  panel müzakirə və dinləmələri    Bilgə xaqan, Qaşqari Mamud, Əlişir Nəvai, Qaspralı İsmayıl, Əhməd Baytursunoğlu və Bəxtiyar Vahabzadə adına  salonlarda keçirilirdi. 

Türkiyə, Azərbaycan,  Almaniya ,Qazaxıstan,  Qırğızstan, Özbəkistan, Krım, İran ,Yaponiya, Rusiya , Türkmənistan, Bosnya Hersoqovinya, Monqolustan, Kosovo,  və digər türk dilli xalqalrın yaşadığı ölkələrin  bilik adamları bu gün türk  dilində danışan ölkələrin qarşısına çıxan bir sıra dil, əlifba, tarix  məsələlərinə dair problemləri müzakirəyə çıxardılar.

Qurultayda Azərbaycan  Milli Elmlər Akademiyasınnın Dil və Ədəbiyyat,  eləcə də Tarix İnstitutunu, BDU-nu təmsil edən 20-dən artıq  professor və alimlərimiz iştirak edirlər. Türk dilində danışan Ölkələrin Qurultayında  Azərbaycan mediasını araşdırmaçı jurnalist və pulisist Aida Eyvazlı təmsil edir.


AMEA-nın müxbir üzvü  Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik  Möhsün Nağısoylu “Orta dövr Fars-Türk tərcümələrində dil uyğunluqları” türkoloq, filologioya elmləri doktoru, professor Firudin Cəlilov “Ortaq türk əlifbasının problemləri”, filologiya elmləri doktoru, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli  Nərimanoğlu  “Ortaq türkcə: dünən, bu gün və sabah”, ADU-nun professoru, filologiya elmləri doktoru,  Ramiz Əsgər “Azərbaycanda Türkologiyanın qısa tarixi”, professorlar Vaqif Sultanlı “İsmayıl Qaspralı və Ortaq türk Dili Problemi” , Mehman Musaoğlu “Avrasiya Mərkəzi Ortaq Türk dilində danışığın modeli”, Aynurə Səfərova “Türkiyə və Azərbaycan: qarışıq türkcə”, Əbülfəz Amanoğlunun “Ortak türkcəyə gedən yol: Azrbaycan və Türkiyə türkcəsində söz birləşmələrinin qoumluğu”, Qafar Çaxmaqlı “Türk dilinin Ermənistandakı yeri və ermənicəyə keçmiş türk kəlmələri” adlı mühazirələr söyləyiblər


Dünyanın 5 qitəsində danışılan Türk dilinin biliciləri və araşdırmaçıları tarixən qurulan mədəniyyətin yenidən canlanması üçün işbirliyinin artırılması, Türk dünyasının ortaq tarixi və Türkçülük şüuru ilə yoğrulması, gələcəkdə siyasi şüurun da bu yöndə qərarlaşması üçün belə böyük miqyaslı qurultayın önəmindən isə tanınmış türkoloqlar Osman Fikri Sərtkaya, Karjaubay Sərtkojaoğlu, Timur Kocaoğlu, Bilgəhan Atsız Gökdağ, İqor Kormuşin,  Tursunjan İmin, Melek Özyetgin  ,  Oran Söyylmz kimi elm xadimləri Qurultayda Qazaxıstanın latın əlifbasına keçməsi məslələri, bu hadisənin regionda və dünyada doğurduğu əks səda , Beynəlxalq Türk Akademiyasının Ortaq türk dili və ortaq türk dili dərslikləri sahəsində apardığı islahatlar, eyni zamanda, Bosnya-Hersoqovinyadakı türk dilinin qorunması,  Rusiyada türk dilinin yad dil kimi qorunub saxlanması, İrakda türk dilinin bugünkü vəziyyəti, Özbəkistanda əlifba və imla problemləri, latın qrafikasının bu günü, bir çox dövlətlərdəki türk əlifbası msələsində qarşıya çıxan problemlərindən danışdılar.

Müzakirələrdə ukrayna, belorus, rus, ingilis dillərində formalaşıb  oturan türk sözlərinin işlənməsi, dünya dilləri içərisində türkcə və XXI yüzildə Avropada türk dilinin yayılması kimi maraqlı mövzular ətrafında  alimlər fikir mübadiləsi etdilər.Qurultayin rsmi hissəsi bu gün ö işinə yekun vuracaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu